“Mən bir şeyə inanıram: hər kəsin həyatda bir missiyası var. O missiya sənin içindən gəlir və səni idarə eləyir. Mənim missiyam budur – siyasət. Mən siyasətə elə-belə gəlməmişəm, mən siyasi doğulmuşam”.
Azər Qasımlı
“Siyasətçinin imici yavaş-yavaş formalaşır. Onun hərəkətlərindən, sözlərindən hər kəs nəsə götürür. Biri deyir, səmimiyyət gördüm, o biri deyir ki, filan epizodda qətiyyət gördüm, filan hadisədə liderlik gördüm, filan epizodda insanlıq gördüm. Siyasətçinin hekayəsi belə qurulur”.
Azər Qasımlı
Sosial şəbəkələrdə Azəri izləyin